Sürət həddini aşan biznesmenə 200 000 manat CƏRİMƏ

 Sürət həddini aşan biznesmenə 200 000 manat CƏRİMƏ

Belə bir ağır xəza ilə finlandiyalı iş adamı Anders Viklof rastlaşıb. 
Asayis.Az Avtosfer.az-a istinadən xəbər verir ki, 50 km/saat sürət limiti olan yolda 76 km/saat sürətlə hərəkət edən sürücü məhkəməyə çağırılıb.



Finlandiya qanunvericiliyinə görə, sürət limitini 20 km/saatdan çox aşanlar sabit məbləğlə deyil, 14 günlük gəlirləri həcmində cərimə olunur. Qayda pozan şəxs də Finlandiyada sayseçmə milyonçulardandır. Məhkəmə ona 121 000 avro (200 000 manatdan çox) cərimə tətbiq edib. 

Amma bu, biznesmenin ilk “işi” deyil. O, əvvəlki illərdə eyni qayda pozuntusuna görə bir dəfə 95 000, bir dəfə isə 63 000 avro cərimələnib.

18:08 - 9 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin