“NATO sülh və sabitlik gətirmir”
Asayis.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“NATO daha çox mövcud olduğu regionlarda sabitliyi pozur. Biz NATO-nun fəaliyyətini belə qiymətləndiririk” - Peskov bildirib.
Qeyd: KİV-də Hindistanın tez bir zamanda NATO+ formatına qoşulması təklifi ilə bağlı məlumatlar yayılmışdı. Bu format Şimali Atlantika Alyansının üzvləri olan ölkələri və ABŞ-ın müttəfiqləri olan beş ölkəni - Avstraliya, İsrail, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı birləşdirir. Hindistanın xarici işlər naziri Subramanyam Caişankar təşəbbüsü şərh edərkən bildirmişdi ki, beynəlxalq təhlükəsizlik siyasətində blok yanaşması Dehli üçün keçərli deyil.