Almaniyada qanunsuz yaşayanlara qarşı iyunun 7-dən başlayan polis əməliyyatı davam edir. “Report”un Avropa bürosunun sorğusuna Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən cavabda qeyd olunur ki, 800-dən çox insanı qaçaq yollarla ölkəyə gətirən şəbəkənin çökdürülməsi istiqamətində keçirilən əməliyyat uğurla davam etdirilir.
Nazirliyin məlumatında qeyd olunur ki, ötən gün başlayan və “Yolçu” adı verilən əməliyyat zamanı Azərbaycan Respublikası vətəndaşı olan 41 yaşlı şəxs saxlanılaraq, miqrasiya idarəsinə təhvil verilib. O, Almaniyaya qaçaq yollarla gəldikdən sonra Duysburq şəhərindəki tanışının evində qanunsuz şəkildə yaşayırmış.
Essen şəhərindəki əməliyyatda isə polis xüsusi əməliyyat qrupundan istifadə edib.
Nəticədə 20-yə yaxın Suriya vətəndaşı saxlanılaraq, müvafiq miqrasiya idarələrinə təhvil veriliblər.