Ərdoğanı təhqir edən yeniyetmə saxlanıldı

 Ərdoğanı təhqir edən yeniyetmə saxlanıldı

Prezident Ərdoğanın posterinə “Hitler bığı” çəkən 16 yaşlı uşaq həbs edilib.
Asayis.Az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Məlumata əsasən, Türkiyədə 16 yaşlı yeniyetmə Prezident Rəcəb Tayyib Ərdoğanın seçki kampaniyası posterlərindən birinə “Hitler bığı çəkdiyinə” görə həbs edilib.

Mersində yaşayan lisey şagirdi, evinin yaxınlığında asılmış Prezident plakatına Hitlerin bığını çəkmək və təhqiramiz şərhlər yazmaqda günahlandırılıb.

Prokurorluq tərəfindən Prezidenti təhqir etməkdə günahlandırılan uşaq Tarsus Uşaq Həbsxanasına köçürülüb.

Qeyd edək ki, Prezidenti təhqir etmək Türkiyədə ən çox işlədilən cinayətlərdən biridir və 2022-ci ildə bununla bağlı 16 753 tədbir görülüb.

12:39 - 7 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin