"Erməni vətəndaşlarımız Azərbaycan tərəfinin təkliflərini məqbul hesab edir" - Hərbi ekspert

"Daha əvvəllər yolunu azmış erməni vətəndaşlarımız ya Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyacaqlar və Azərbaycanın digər vətəndaşları kimi Konstitusiyamıza riayət edəcəklər, ya da bu əraziləri tərk etmək məcburiyyətində qalacaqlar. Biz bu seçimi erməni vətəndaşlarımıza təqdim etmişik və görünür ki, böyük əksəriyyət Azərbaycan tərəfinin təkliflərini artıq məqbul hesab edir".
Asayis.Az xəbər verir ki, bu fikirləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Hərbi ekspert bildirib ki, Qarabağda olan ermənilərin az bir hissəsi hələ də Azərbaycan tərəfinin təkliflərini qəbul etmək istəmir:

"Onlar onillik separatçı rejimə ayrılan vəsaitlərdən yararlanan azlıqlardır və onlar üçün də alternativ amnistiya variantı cənab Prezident tərəfindən səsləndirilir. Odur ki, seçim hər iki halda erməni vətəndaşlarınındır. Biz təkliflərimizi vermişik, amma bu təkliflər də görünür məhdud bir müddət masada qalacaq".
 

Demokrat.az

17:59 - 6 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin