Qırğızıstanda dövlət çevrilişinə cəhd - Saxlanılanlar var
Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları dövlət çevrilişinə cəhddə şübhəli bilinən 30-dan çox şəxsi saxlayıb.
Asayis.Az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzindən məlumat verilib.
“Kütləvi iğtişaşlar və hakimiyyətin sonradan zorakılıqla ələ keçirilməsi məqsədilə itaətsizlik aksiyaları təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb”, - məlumatda deyilir.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, bu iş üzrə ölkədə ümumilikdə “30-dan çox adam” saxlanılıb.