Hindistanın Chhattisgarh şəhərindəki Kherkatta Baraj Göletinin kənarında selfi çəkdirərkən yeni aldığı telefonunu gölməçəyə atan hindistanlı zabit Rajesh Vishwas telefonunu götürmək üçün gölməçədən təxminən 4 milyon litr suyu boşaldıb.
Hadisədən sonra qanun pozuntusuna görə araşdırılan Vişvas, telefonunda dövlətin gizli sənədlərinin olduğunu iddia edib. Hökumət məmuru 640 dollar cərimə olunub.
Vişvas suyun boşaldılması üçün bənd rəsmisindən “şifahi icazə” aldığını söyləyib. O, iddia edib ki, məmur yığılan suyun yaxınlıqdakı suvarma kanalına yönəldiləcəyini və fermerlərin istifadəsinə veriləcəyini bildirib.
Hökumət rəsmiləri isə belə bir icazənin alınmadığını bildiriblər.
Milyonlarla litr suyun boşaldılmasından sonra Chhattisgarhdakı bəndin su səviyyəsi hələ də aşağıdır.