Elman Nəsirov Ərdoğanın qələbəsi münasibətilə qurban kəsdi

 Elman Nəsirov Ərdoğanın qələbəsi münasibətilə qurban kəsdi

Milli Məclisin deputatı Elman Nəsirov Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi münasibətilə ötən gün doğulduğu və təmsil olunduğu Cəlilabad rayonunda qurban kəsib.

Asayis.Az xəbər verir ki, bu barədə Elman Nəsirov özü məlumat verib. 

Deputat bildirib ki, kəsdiyi qurbanlar əsasən ehtiyacı olan insanlara paylanılıb:

"Çox şadam ki, tutduğum sözün üstündə durdum. Ötən gün kəsdiyim qurbanları əsasən tanıdığım və ən çox ehtiyacı olan insanlara payladıq. Əsas hədəfimiz kasıb insanları sevindirmək idi".

 

Demokrat.az

15:42 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin