"Ermənistanla sülh sazişinin imzalanması qaçılmazdır" - Nazir

Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı.

Asayis.Az 
xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.

“Nəhayət beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş oldu. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutdu. Və yaxın zamanlarda yeni və növbəti görüşün Vaşinqtonda keçirilməsi nəzərdə tutulub. Bilirsiniz ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycan tərəfinin təşəbbüsüdür, baza prinsipləri Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsi Azərbaycan tərəfindən təqdim olunub. Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını proqnozlaşdırmaq mümkün deyil”, - nazir vurğulayıb.

 

Demokrat.az

12:20 - 5 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin