Rusiya Ukraynada apardığı hərbi əməliyyatı sonadək davam etdirməlidir və bunun alternativi yoxdur.
Bu mövqeyi Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində yayımlanan “Moskva. Kreml. Putin” proqramında Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışarkən bildirib.
“Biz işimizi bilməliyik, işimizi görməliyik və işimizi sona qədər bitirməliyik. Bizim başqa alternativimiz yoxdur”, - Rusiya Prezidentinin mətbuat katibi bəyan edib.