"Kişi kişinin arxasından danışmaz" - Rəşad Dağlının Ailəsindən ETİRAZ

Həbsdə olan meyxanaçı Rəşad Dağlının ailəsi iddialı açıqlama yayıb.

Asayis.Az Olay.az-a istinadən xəbər verir ki, bununla bağlı söz ustasının oğlu Yusifin səhifəsində paylaşım edilib və bu sözlər qeyd olunub:
“Gözəl ata, sənə paxıllıq edən yanında olan oldu. Üzünə gülüb oyunlar oynadı. Allah övladlarından çəkdirsin. Sən həmişə öyrədirdin ki, kişi kişinin arxasından danışmaz. Allahın ədaləti böyükdür. Ən yaxın zamanda maskaları düşəcək. Buna inanıram. Siz də o şərəfsizləri görəcəksiz”.

Qeyd edək ki, Rəşad İskəndər Mehtiyevi qətlə yetirdiyi üçün azadlıqdan məhrum edilib.

11:48 - 3 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin