“Dodağını şişirtdirənlərin heç birinin mənəviyyatı yoxdur!” - Əməkdar artist

 “Dodağını şişirtdirənlərin heç birinin mənəviyyatı yoxdur!” - Əməkdar artist

Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb.

Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır.

Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər.

Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir.

Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva son zamanlar müğənniləri efirdə gördükdə tanımadığını etiraf edib:

"Mən düşünürəm ki, insanların bir qismi bədbəxt hadisə zamanı, qəzadan sonra xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldırmaq üçün əməliyyat etdirir. Bu, məcburiyyətdən irəli gəlir. Lakin bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər.

Mən artıq son vaxtlar efirlərə baxanda müğənnilərin heç birini tanımıram. Müğənnilər bir kənara, artıq sadə insanların da hamısının görünüşü eyniləşib. Yəqin biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, zamanla insanlar robot kimi bir-birinə oxşayacaq, fərdilik itəcək, hamı eyni sifətdə, eyni qiyafədə olacaq. Allah betərindən saxlasın!"

Aktrisa bu cür hədsiz estetik prosedur keçirənlərə haqq qazandırmadığını deyib:

"Mən buna qətiyyən haqq qazandırmıram. Bu, xoşuma gəlmir. Adam çalışıb özlüyündən çıxmamalıdır. Çünki hər kəs bir fərddir. Elə hamı şir olmaz ki... Hər kəs şirsifət olmalıdır deyə bir şey yoxdur, canavar da, tülkü də, zürafə də, at da var. Hərənin öz gözəlliyi var. Xarici gözəlliyə bu qədər üstünlük verməkdənsə, bir az daxili gözəlliklərini artırsalar daha yaxşı olar. Mənən qidalanan adamlar belə şeylərə getməz, mənasız prosedurlara can atmazlar. Düzdür, bu gün bəziləri çox qışqırır, ağızdolusu mənəviyyatdan danışırlar, amma görünən odur ki, vəziyyət heç də deyildiyi kimi deyil. Kimin nəyi yoxdursa, ondan danışır. Bar-bar bağıranların, dodağını şişirtdirənlərin, bu mövzuda danışanların heç birinin mənəviyyatı yoxdur! Düşünürəm ki, belə şeylər lazımsızdır".

 

Pravda.az

10:44 - 3 İyun 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin