Tanınmış müğənni Rusiyadan qaçdı Fransada vətəndaşlıq aldı - FOTO

 Tanınmış müğənni Rusiyadan qaçdı Fransada vətəndaşlıq aldı - FOTO

Rusiya-Ukrayna müharibəsi başladığı vaxtda Parisə köçən rusiyalı müğənni Zemfira Fransa vətəndaşlığı alıb.

Asayis.Az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı bildirib.

Qeyd olunur ki, Zemfira Ramazanova artıq bir il yarımdır Fransada yaşayır. O, aktrisa Renata Litvinova ilə birlikdə Parisdə ifaçılıq sənəti sahəsində “Renata” adlı şirkət təsis edib. Həmçinin bildirilir ki, müğənni Rusiya ilə əlaqələri tamamilə kəsmək niyyətində deyil. O bu yaxınlarda Moskvada səsyazma ilə məşğul olacaq “Rodina” adlı yeni hüquqi şəxs yaradıb.

Zemfira və Renata Litvinova haqlarında yazılanlara səssiz qalmayıblar.

Müğənni ikinci vətəndaşlığının olmadığını deyib. “Mən Rusiya Federasiyasının vətəndaşıyam və başqa heç bir vətəndaşlığım yoxdur və olmayacaq”, - Zemfira instaqramda yazıb.

Renata Livtinova isə TASS-a açıqlamasında yalnız Rusiya vətəndaşı olduğunu bildirib.

Qeyd edək ki, Zemfira Rusiyada xarici agent kimi tanınır.

Fotoda Renata Litvinova

15:48 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin