Prezident səhnədə yerə yıxıldı – VİDEO

 Prezident səhnədə yerə yıxıldı – VİDEO

ABŞ prezidenti Co Bayden Koloradoda Amerika Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində diplomların verilməsi zamanı büdrəyərək səhnədə yıxılıb.

Asayis.Az xəbər verir ki, Amerika tarixinin ən yaşlı prezidenti olan 80 yaşlı Bayden yıxıldıqdan sonra cangüdənləri tərəfindən ayağa qaldırılıb.

Prezident Bayden buraxılış mərasimində bir-bir iştirak edən 921 tələbə ilə əl sıxmaq üçün təxminən 1,5 saat ayaq üstə dayanıb.

Ağ Evin Kommunikasiya şöbəsinin rəhbəri Ben LaBolt Baydenin vəziyyətinin yaxşı olduğunu deyib.

LaBolt “Twitter”də paylaşım edərək bildirib ki, Bayden səhnədə əl sıxarkən yumruq torbasına ilişərək yıxılıb.

13:50 - 2 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin