“Növbəti parlament və prezident seçkilərində partiyaya uğur qazandıra bilməsəm istefa verəcəyəm”.
Asayis.Az bildirir ki, bu sözləri REAL partiyasının sədri İlqar Məmmədov bildirib.
İ.Məmmədovun sözlərinə görə, azərbaycanlılar başqa ölkələrdə hansı partiya sədrinin öz partiyasını neçə seçkiyə apardığını, bu seçkilərin uğurlu olub-olmadığını hesablayırlar:
“İndiyədək sədr qismində REAL partiyasını cəmi 1 seçkiyə aparmağa imkanım olub. Həmin o ilk və yeganə seçkinin nəticəsi olaraq parlament partiyasına çevrildik. Sonra da söz verdim: növbəti parlament və prezident seçkilərində partiyaya uğur qazandıra bilməsəm istefa verəcəyəm”.
Azpost.info