NASA yadplanetlilərin varlığını təsdiqlədi

 NASA yadplanetlilərin varlığını təsdiqlədi

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) rəsmiləri tarixdə ilk dəfə olaraq Naməlum Uçan Obyektlə (UFO) bağlı mətbuat konfransı keçirib.
Asayis.Az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, brifinqdə "UFO"ların varlığı ilə bağlı diqqətçəkən hesabatlar təqdim edilib. 

İclasda ABŞ Müdafiə Nazirliyi tərəfindən 2022-ci ildə qeydə alınan, metal kürənin binaların üzərində sürətlə hərəkət etdiyini göstərən görüntülər təqdim olunub.

Həmçinin, obyektin hələlik müəyyən edilə bilmədiyi bildirilib. 

Rəsmilər sözügedən uçan boşqabların bütün dünyada görüldüyünü qeyd edib.

Eyni zamanda bildirilib ki, bu kimi görüntülər "UFO"ların varlığının təsdiqidir, lakin daha çox sübuta və məlumata ehtiyac var.
 

11:58 - 1 İyun 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin