Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.
Asayis.Az xəbər verir ki, naməlum şəxs şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Emin Xeyrəddin oğlu ilə əvvəl mübahisə edib.
Daha sonra naməlum şəxs E.Məmmədovun baş nahiyəsinə yumruqla zərbə endirib. Nəticədə E.Məmmədovun göz möhtəviyyatı xaricə tökülüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.