Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi - FOTOLAR

 Ərdoğana hədiyyə edilən şir dörd bala dünyaya gətirdi - FOTOLAR

Sudanlı həmkarı Ömər əl-Bəşir tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən şir 4 bala dünyaya gətirib.

Məlumata görə, Sudan lideri 4 il əvvəl Ərdoğana 2,5 aylıq 4 şir (iki erkək və iki dişi) hədiyyə edib.

Dişi heyvanlardan biri dörd bala dünyaya gətirib. Hazırda vəhşi heyvanlar Qaziantep zooparkında saxlanılır.

Ana-şir və balalarının səhhətinın qənaətbəxş olduğu bildirilir.



 

 

10:26 - 31 May 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin