Şəmkirdə orta məktəb şagirdi atasını bıçaqladı

 Şəmkirdə orta məktəb şagirdi atasını bıçaqladı

Şəmkir rayonunda 2007-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı atası Vüsala (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin sentyabrın 21-də Şəmkir şəhəri, M.Müşfiq küçəsində baş verib. 

Əli yaşadıqları evin həyətində atası Vüsalın onu dərman almaq üçün aptekə göndərməsindən imtina etdikdə, atasının ona sərt şəkildə acıqlanması səbəbindən əsəbiləşib. 

O, ailə münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı atasından qisas almaq məqsədi ilə yaşadıqları evin həyətində stolun üzərində olan bıçağı götürüb və atasının kürək nahiyəsinə iki dəfə zərbə vurub. 

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, sentyabrın 21-də, saat 10 radələrində yaşadıqları evin həyətində olan zaman atası ona aptekədən dərman almasını deyib: “Lakin həmin vaxtı velosiped sürməyə getmək istədiyim üçün aptekə getmək istəmədim. Buna görə atam mənə acıqlandı. Bundan sonra atamın halı pisləşərək yerə yıxıldı, dizləri yerdə, əlini isə yerə qoyub dayandı. Atamın məni sərt şəkildə acıqlanması pis təsir etdiyi üçün həyətdə stolun üzərində olan bıçağı götürdüm, arxadan onun kürəyinə həmin bıçaqla iki dəfə vurdum. Bıçaq atamın belinə batılı vəziyyətdə qaldı. Mən də bunu görərək həyəcanlandım və qorxduğum üçün həyətdən qaçdım. 15-20 gün yaşadığımız evə gəlmədim. Gecələr yaşadığımız küçədə yaşayış olmayan yarımçıq evlərdə, bəzi vaxtlarda isə atamgil yatandan sonra həyətə gələrək hamamın üstündə yatdım. Atamı yaşadığımız evin həyətində bıçaqla vuran zaman orada başqa heç kim olmayıb. Anam və bacım yaşadığımıız evdə olsalar da, bunu görməyiblər. Atamən mənə və digər ailə üzvlərinə qarşı münasibəti həmişə yaxşı olub”.

Təqsirləndirilən şəxs bildirib ki, atası əsəb xəstəliyindən əziyyət çəkdiyi üçün mütəmadi olaraq müalicə alıb və səbəbsiz yerə tez-tez əsəbiləşib: “Atamın həmin gün acıqlanması mənə çox pis təsir etdiyi üçün düşünmədən ani olaraq belə bir hərəkət etdim. Törətdiyim əmələ görə peşmançılıq hissi keçirmişəm. Atamla barışmışam, hazırda yaşadığımız evdə qalıram. Özüm orta məktəbin 8-ci sinifdə oxuyuram və dərslərim ilə məşğul oluram”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 2 il sınaq müddəti olmaqla 2 il şərti cəza verilib. 
 


Demokrat.az

14:27 - 30 May 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin