Türkiyədə nazirlə təyyarədə olan sərnişinlər arasındakı dialoq sonradan mübahisəyə çevrilib. Asayis.Az xəbər verir ki, hava şəraitinə görə ləngidiyi açıqlanan təyyarənin nazir Nəbatiyə görə təxirə salındığını düşünən bəzi sərnişinlər təyyarənin gecikməsinə reaksiya verib.
Nəbati göstərilən reaksiyanı seçkilərlə əlaqələndirib:
“Seçkiləri AK Partiya qazandı, prezident Ərdoğan qazandı, həzm et, qardaş”.
Nebatinin bu sözlərindən sonra CHP Mersin Millət vəkili Əli Mahir Başarır nazir Nəbatiyə çox sərt sözlər deyib:
“Bax, dünyanın heç bir yerində belə təkəbbür, belə həyasızlıq görə bilməzsən!”