Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi

 Bakıdan Qəbələ və Ağstafaya əlavə qatar reysləri təyin edildi

Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə qatar reysləri təyin edib.

Asayis.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Bildirilib ki, biletləri ADY-nin saytında, "ADY Mobile" tətbiqindən və ya dəmiryol kassalarından əldə etmək mümkündür.

16:18 - 13 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin