Bakıda qəribə hadisə: Maşınlara yumurta atıb... - Video

 Bakıda qəribə hadisə: Maşınlara yumurta atıb... - Video

Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz əməl törədilib.

Asayis.az xəbər verir ki, bu barədə məlumat Bakı.vs-nin qaynar xəttinə daxil olub.

Sakinlərin məlumatına görə, hazırda məhəllədə saxlanılan bəzi avtomobillərin alın şüşələrinə yumurta atılıb. Bundan başqa, bir neçə maşının şüşəsilənləri də yuxarı qaldırılıb.

Qeyd olunub ki, ərazidə yaşayan sakinlər əvvəllər məhəlləyə giriş və çıxışı nəzarətdə saxlamaq üçün şlaqbaum quraşdırıblar. Buna baxmayaraq, kənardan gələn və ya məhəllədə saxlanılan bəzi avtomobillərə qarşı bu cür hərəkətlərin davam etdiyi bildirilir.

14:18 - 8 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin