Bakıda parkdan meyit tapıldı

 Bakıda parkdan meyit tapıldı

Bakıda parkdan meyit tapılıb. Asayis.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu Cavadxan küçəsində yerləşən parkda qeydə alınıb.

Sözügedən parkda üzərində zorakılıq əlamətləri görünməyən 45-50 yaşlı kişinin meyiti aşkar edilib.

Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

15:42 - 9 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin