Sumqayıtdakı partlayışda xəsarət alan yeniyetmə öldü

 Sumqayıtdakı partlayışda xəsarət alan yeniyetmə öldü

Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.

Asayis.Az “Report”a istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

10:52 - 9 Dekabr 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin