Xaçmazda futbol meydançasında əxlaqsızlıq - Azyaşlıya təcavüz edildi

 Xaçmazda futbol meydançasında əxlaqsızlıq - Azyaşlıya təcavüz edildi

Xaçmaz rayonunda 1993-cü il təvəllüdlü Turan yetkinlik yaşına çatmayan həmkəndlisi Ramilə (adlar şərti göstərilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib. 

Asayis.Az-ın məlumatına görə, Tural 25 iyun 2021-ci ildə, saat 19 radələrində sərxoş halda yaşadığı Xaçmaz rayonunun kəndinin orta məktəbinin meydançasında olduğu zaman orada qoyun otaran həmkəndlisi Ramilin azyaşlı olması ilə əlaqədar ona qarşı edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmadığından, yəni köməksiz vəziyyətindən istifadə etməklə belini masaj etməsi adı ilə aldadıb. Onu yaxınlıqdakı kollarla əhatələnmiş əraziyə apararaq həmin yerdə uzandıqdan sonra alçaq niyyətlə ona qarşı seksual xarakterli hərəkətlər edib. 

Hadisəni törədən Turanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində s eksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Turan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ramili əvvəllər qonşusu kimi tanıyıb: “Ramil və valideynləri – atası Əli və anası Səbinə ilə əvvəllər hər hansı bir düşmənçiliyim, ədavətim olmayıb. Hadisə günü, günorta saat təxminən 12 radələrində yaşadığım evdən çıxaraq saat 15 radələrinə kimi yaşadığım kəndin ərazisində olmuşam. Həmin saatdan sonra kəndimizdə olan Elvarın mağazasından 2.5 litrlik “Jiqlovski” markalı piyvə aldım. Həmin piyvəni götürərək piyada şəkildə kəndə çatmamış yolun sağından 20 metr məsafədə yerləşən bulaqda çimərək həmin piyvənin hamısını tək içdim. Saat təxminən 18-19 radələrində oradan ayrılaraq tanımadığım taksi ilə öz yaşadığım kənddə yerləşən meydançaya gəldim. Mən həmin meydançaya çatdığım zaman orada həmkəndlimin 10 yaşında olmasını bildiyim Ramil də var idi. Ramil orada qoyun otarırdı. Mən meydançanın kənarında velosiped sürən həmkəndlim Samirin oğlu Vəlidən velosipedini istədim. Vəli məndən hara getdiyimi soruşdu. Mən kənddəki mağazaya gedəcəyimi dedim. Vəli velosipedini mənə verdi. Mən onun velosipedi ilə mağazaya getdim. Oradan şüşə butulkada yarım litrlik Xırdalan piyvəsi aldım və yenidən meydançaya gəldim. Aldığı velosipedi Vəliyə geri qaytardım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ramili yanına çağırıb və onunla işinin olduğunu bildirib: “Ramil sözümdən sonra yanıma gəldi. Həmin zaman digər uşaqlar bizdən kənarda olublar. Ramili meydançanın arxasına kolluq ərazinin yanına apardım. Lakin həmin kolluq əraziyə keçmək üçün arxı keçmək lazım olduğundan özüm arxın üzərindən həmin yerə keçdim. Ramilin həmin arxı keçə bilməyəcəyini düşündüm və ayağını arxa qoyaraq, iki əlim ilə onun qoltuqlarının altından tutaraq kolluq hissəyə keçirtdim. Həmin yerdə olan kardonun üzərində özüm uzandım. Üzandıqdan sonra öz şalvarımı açdım. Ramili qucağımda otuzdurdum. Həmin zaman mənim cinsi ehtirasım oyandı. Bu zaman Ramil ağlamağa başladı. Mən Ramili ağladığımı gördüm. Ramili eyni üsulla arxın digər tərəfinə keçirtdim”. 

Turanın ifadəsinə görə, daha sonra özü geri qayıdaraq orada təxminən 30 dəqiqə uzanıb: “Sonra meydançadan çıxaraq kəndin içərisində mağazasının yanına gəldim. Bu zaman Ramilin atası Əli mağazanın yanına gəldi. Əli mənə oğlu Ramilə qarşı nalayiq hərəkətlər etdiyimi dedi. Üzərimə hücum çəkdi. Mən Əliyə qarşılıq verdim və həmin zaman kənarda olan şəxslər bizi ayırdılar. Bundan sonra yaşadığım evə getdim. Həmin zaman Əlinin arvadı Səbinə bizim evdən çıxırdı. Ramil də Səbinənin yanında idi. Səbinə üzərimə tüpürdü. Səbinə polisə şikayət edəcəyini bildirdi. Mən isə ona heç bir cavab vermədim. Bundan sonra yaşadığım evə girdim. Evdə ailə üzvlərim – qardaşım və anam məndən Ramilə qarşı nalayiq hərəkət edib etmədiyimi soruşdular. Mən isə belə bir hərəkət etmədiyimi bildirdim. Daha sonra polislərin gələrək məni aparacağını düşünərək yaşadığım evdən çıxdım və kəndimizin ərazisində yerləşən fındıq sahələrinə getdim. Orada torpağın üzərində səhərə kimi yatdım. Mənim bədənimdə hər hasnı bir xəsarət olmayıb. Məni və Əlini ayıran şəxsləri içkili olması səbəbindən xatırlamıram. Mən Ramili həmin kolluqa keçirdərək ona qarşı əxlaqsız hərəkətlər etmişəm. Lakin Ramilin ağladığını gördüm və onu arxdan geriyə keçirdim. Mən içkili olduğumdan digər uşaqların bizi görüb-görməməsini, özümün Ramilin üzünə və ağzına iyrənc hərəkətlər etdiyimi bilmirəm. Həmin zaman içkili olduğumdan bunları xatırlaya bilmirəm”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ramilin sözlərinə görə, Turan onun qolundan tutaraq onu kolluqların arasında olan boşluq tərəfə aparıb: “Həmin zaman Turan yerə uzandı. Mən isə ayaq üstə dayandım. Sonra Turan qarnını açdı və mənə qarnını ovmağımı dedi. Turandan qorxduğum üçün qarnını biraz əlim ilə ovxaladım. Sonra Turan şalvarını çəkərək ayıb yerini çıxartdı. Turan ayıb yerini məcburi şəkildə əlimə qoydu. Mən həmin zaman ağlamağa başladım və oradan getmək istədim. Lakin Turan getməyimə icazə vermədi”. 

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədə zərərçəkmiş göstərib ki, orta məktəbin 4-cü sinif şagirdidir: “Təqsirləndirilən Turanı qonşumuz kimi tanımışam. Turan ilə aramızda əvvəllər hər-hansı bir münaqişə, dava-dalaş və ədavət olmayıb. Mən bəzi zamanlarda ailələrimizə məxsus olan qoyunları kənd ərazisində otarıram. Hadisə günü, saat 19-20 radələrində yenidən qoyunları kəndin meydançasında otarmağa apardım. Mən meydançada olduğum zaman meydançaya həmkəndlimiz Vüsal gəldi. Vüsal mənə yaxınlaşdı və biz bir qədər oynadıq. Həmin zaman meydançada Turan da olub. Turan Vüsaldan kimin oğlu olmasını soruşdu. Vüsal da Bəhramın oğlu olduğunu bildirdi. Bu zaman Turan Vüsala atsının onu kənddə yerləşən mağazada gözlədiyini bildirdi. Vüsal isə atasının evdə olduğunu dedi. Lakin Turan bir neçə dəfə eyni sözü Vüsala dedi. Vüsal həmin zaman Turanın sözünə inanaraq meydançadan mağazaya getdi. Bu zaman meydançada mən və Turan tək qaldıq. Turan yaxınlaşaraq özündə olan içkini mənə təklif etdi. Turana istəmədiyimi bildirsəm də, Turan təkid etdi”. 

Zərərçəkmiş bildirib ki, daha sonra Turan onun neçənci sinifdə oxuduğunu soruşub: “Mən 5-ci sinifə keçəcəyimi bildirdim. Bu zaman Turan mənə kolluq tərəfə getməyi bildirdi. Turanın məınimlə söhbət edəcəyini düşünərək getdim. Biz ilk öncə arxın üzərinə qoyulan taxtanın köməkliyi ilə meydançanın arxasına keçdik. Daha sonra isə Turan mənim qolumdan tutaraq məni kolluqların arasında olan boşluq tərəfə apardı. Həmin hissəyə keçmək üçün arxın üzərindən tullanmaq lazımdır. Mən həmin zaman artıq həyəcanlı oldum. Turan qollarımın altından tutaraq arxın digər tərəfinə keçirtdi. Turan özü orada yerə uzandı. Mən isə ayaq üstə oldum. Bu anda Vüsal meydançanın arxasına gəldi. Vüsal məni səsləyərək oyun oynamağa çağırdı. Mən Vüsala baxaraq cavab vermək istədim. Turan cavab verməyimə imkan vermədən Vüsala mənim daha sonradan gələcəyimi bildirdi. Turan Vüsala oradan getməyimi tapşırdı. Bir az sonra Vüsal Turanın  sözü ilə oradan getdi. Vüsal oradan getdikdən sonra Turan qarnını açaraq mənə qarnını ovmağımı dedi. Turandan qorxduğumdan qarnını biraz əlim ilə ovxaladım”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra Turan şalvarını soyunub, ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb: “Mən həmin zaman ağlamağa başladım və oradan getmək istədim. Lakin Turan mənim boynumdan əli ilə tutaraq iyrənc hərəkətlər etdirdi. Bir qədər sonra Turan boynumu buraxdı. Mən həmin zaman ağlayırdım və oradan çıxmaq istəyirdim. Turan bir neçə saniyə sonra ayağını arxa qoyaraq məni arxın digər tərəfinə qoydu. Bu zaman Turanın əlindən çıxdım və qaçaraq yaxınlıqdakı arxa getdim. Arxda əl-üzümü yudum. Turan isə həmin kolluqlarda qaldı. Mən meydançaya getdim. Bu zaman meydançada Vüsal və digər kəndlilərimiz var idi. Vüsalgil məndən orada nə etdiyimizi soruşdular. Turanın məni kolluğa apardığını, orada zorla tutduğunu bildirdim. Daha sonra isə utandığımdan sadəcə Turanın mənə qarnını ovxalatdırdığını bildirdim. Həmin zaman meydançanın kənarından Arzu müəllimənin nəvəsi Sahil keçirdi. Vüsalgil Sahili meydançaya çağırdılar. Sahil yanımıza gəldi. Vüsalgil Sahilə orada Turanın uzandığını dedikdən sonra üçü meydançanın arxasından kolluq tərəfə baxmağa getdilər. Mən həmin zaman utandığımdan meydançadan kənarda dayandım. Biraz sonra onlar geri qayıtdılar. Sahil Turanın kolluqda uzanaraq yatdığını, telefonuna baxaraq yenidən uzandığını bildirdi. Biraz sonra Turan yanımıza gəldi. Turan gəldikdən sonra Vəlinin velosipedini ondan aldı. Vəli ondan velosipedini istəyərək atasına bu barədə deyəcəyini bildirdi. Bu zaman Turan Vəliyə “atandan qorxum yoxdu” dedi. Lakin Vəli evlərinə getmək üçün oradan bir qədər uzaqlaşdıqda Turan ona “gəl velosipedini götür” deyə bildirdi. Daha sonra Turan oradan getdi”. 

Ramilin ifadəsinə görə, daha sonra Vüsal ona atasına baş verən olay barədə deməyi təklif edib: “Lakin onlara dedim ki, özüm deyərəm. Bir qədər sonra atam gələrək qoyunları məndən təhvil aldı. Mən utandığımdan atama heç bir şey deyə bilmədim. Lakin evə getdikdən sonra bu barədə anama dedim. Bundan sonra anamla birlikdə Turanın yaşadığı evə yollandım. Turanın anasına bu barədə dedik. Turanın anası mənim anama yalvardı ki, şikayət etməyək. Anam isə şikayət edəcəyini deyərək onlardan çıxdıq. Bu zaman Turan küçə ilə gəlirdi. Anam nə üçün bu hərəkəti etdiyini dedi. Turan heç nə demədən gülümsədi. Bu zaman anam Turana tüpürdü. Bundan sonra evə geri qayıtdıq. Anam həmçinin atama zəng edərək bu barədə dedi”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turan 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Demokrat.az

12:39 - 29 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin